“Rusiyanın Polşa və ya Baltikyanı ölkələr də daxil olmaqla, NATO ölkələrindən birinə hücumu ehtimalı aşağı olaraq qalır”.Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib.”Hazırda Rusiyanın Polşa və ya Baltikyanı ölkələr də daxil olmaqla, NATO müttəfiqlərindən hər hansı birinə hərbi hücum ehtimalı azdır” , – deyə yüksəkrütbəli hərbi məmur vurğulayıb.Bauer, eyni zamanda, alyansın istənilən ssenariyə hazır olduğunu bildirib. Bu məqsədlə, NATO şərq cinahında döyüşə hazır qüvvələr yerləşdirib.O əlavə edib ki, ümumilikdə alyans dövlətlərinin 500 min hərbi qulluqçusu yüksək döyüş hazırlığı vəziyyətindədir.
Posted inXəbərlər