1.Yeməkləri qaçırmayın..
Sağlam və balanslı qidalanmaq üçün yeməkləri qaçırmayın. Çünki hər qaçırılmış yemək növbəti yeməyinizə qədər ac hiss etməyinizə, bu əsnada çox yüksək və ya aşağı kalorili digər zərərli, lazımsız məzələr istifadə etməyinizə səbəb ola bilər.
2.Bol tərəvəz və göyərti yeyin ..
Bol tərəvəz və göyərti istifadə etmək həm çəkiyə nəzarət edir, həm də sizi bir çox xəstəlikdən (xərçəng, ürək-damar xəstəlikləri) qoruyur. Göyərtini isə süfrələrinizdən əksik etməyin. Göyərti lifləri vasitəsilə mədə və bağırsaqlarınız daha rahat və sürətli işləyəcəkdir. Bu səbəblə yeməkdən sonra özünüzü yorğun və halsız hiss etməyəcəksiniz. Bol tərəvəz həmçinin uzun müddət tox hiss etməyinizə səbəb olacaqdır.
3.Yağ istifadəsini azaldın ..
Qidalanmanızda olan yağ istifadəsini azaldın. Xüsusilə qatı yağlardan (marqarin, kərə yağı və s.) uzaq durun, əsasən bitki yağlarına üstünlük verin. Gündə ən çox 3 xörək qaşığı bitki yağı istifadə edin. Yeməklərinizi hazırlayarkən qızartmaq əvəzinə soba, qaynama, buxar və soyutma üsullarından istifadə edin. Gün ərzində az yağlı ətlər yesəniz bədəninizə lazım olan heyvan mənşəli yağları təmin etmiş də olacaqsınız
4.Zülallardan daha çox istifadə edin
Zülal bədənimizin qurucu elementi olduğu üçün gündəlik zülal miqdarını aldığınızdan əmin olun. Səhər, günorta və axşam davamlı alaraq zülal qəbul etmək sizin üçün hava və su qədər vacibdir. Zülallar isə yumuta, toyuq, qırmızı ət, balıq və paxlalılardır (paxlalılar həftədən 2 dəfədən çox olmamalıdır).
5.Lazımsız və zərərli qidaların istifadəsini məhdudlaşdırın.
Hazır qidalar və şirniyyat bədənimizə lazımsız və zərərli qida sayılır. Bunlarda çox miqdarda yağ və kalori olduğu üçün həm çəki artırır həm də xəstəliklərə həssaslığı daha da artırır. Buna görə bu qidaları məhdudlaşdırın və sıfıra endirin.
6.Paxlalı və lifli qidalardan daha çox istifadə edin.
İstifadə olunan karbohidrat mənbəyinin növünə və miqdarına diqqət yetirin. Saf şəkər mənbələri və təmizlənmiş un qidaları əvəzinə paxlalılar (noxud, mərci, lobya kimi), lifli dənələr, təzə və quru meyvələr, toxluq hissini artıran, qəbizliyin qarşısını alan tərəvəzləri seçin. Paxlalı qidalar həmçinin zülal mənbəyidir. Əlavə olaraq da karbohidrat mənbəyi olaraq bitkilərdən istifadə edərkən təmizlənmiş bitkilərdən istifadə edin. Məsləən Ağ düyü yerinə qəhvəyi düyü, ağ çörək yerinə çovdar çörəyi.
7.Gündə 2 – 2,5 litr su için.
Su insan həyatı üçün oksigendən sonra ən vacib elementdir. İnsan həftələrlə aclığa dözə bilsə də, yalnız bir neçə gün susuz yaşaya bilər. Su bədən istiliyinin tarazlaşdırılması, maddələr mübadiləsinin davam etməsi və zəhərli tullantı maddələrin bədəndən atılması üçün vacibdir. Buna görə gündə 2-2,5 litr su için.Suyun qaynadılmamış olmasına diqqət yetirin.
8.Alkoqol içirsinizsə, azaldın.
Alkoqollu içkilər qəbul etmək vərdişiniz varsa, ondan imtina edin, imtina edə bilmirsinizsə, azaldın. Bundan əlavə, içki növü də vacibdir. Viski, konyak və vodka kimi sərt alkoqollu içkilər kalori baxımından pivə və şərabdan daha yüksəkdir. Alkoqol boş enerjidir, bizə yağ şəklində qayıdır. Alkoqol içərkən yanında istifadə etdiyiniz qəlyanaltılarınız olan qoz-fındıq və cips kimi qidaların son dərəcə kalorili olduğunu unutmayın.
9.Səhər-axşam yürüyüşlərinizi mütləq edin ..
Sağlam bir həyat tərzi və sağlam arıqlamada yürüyüşü proqrama mütləq daxil edin. Gün ərzində heç olmasa 1 saat da olsa yürüyüş etməyiniz metabloziminizin sürətli işləməsi, kalori atmağınıza və.s kömək edəcək.
10.Marketə ac getməyin!
Araşdırmalar göstərir ki, insanalar qidalanma zamanı ən böyük və ən birinci səhvi alış-veriş zamanı edirlər. Buna görə alış-veriş nə qədər gözdən qaçan detal olsa da qidalanmanın birinci addımıdır. Odur ki, diqqət etməlisiniz ki, alış-verişə ac getməyəsiniz. Çünki aclıq sizə yalış qərarlar verdirib listinizdən kənara çıxmağa sövq edə bilər. Buna diqqət etsəniz pulunuz da cibinizdə qalmış olar .