“Telegram”ın yaradıcısı Fransada SAXLANILDI – Görün nələr edib…

“Telegram”ın yaradıcısı Fransada SAXLANILDI – Görün nələr edib…

“Telegram”ın təsisçisi və baş direktoru Paver Durov şənbə günü axşam “Le Burje” hava limanında saxlanılıb. 39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.

Oxu.Az bu barədə Fransanın LCI telekanalına istinadən xəbər verir.

Mənbə iddia edir ki, P.Durov barəsində ilkin araşdırma əsasında Fransa Məhkəmə Polisi tərəfindən ölkə üzrə axtarış elan edilib.

Onun barəsində qərar narkotiklərin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər üzrə Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməməsi səbəbindən verilib.

Təsdiqlənməmiş məlumatlara görə, Durov Fransaya Azərbaycandan gəlib.

Bildirilir ki, Durov hakim qarşısına çıxarılacaq. O, bir sıra cinayətlərdə ittiham oluna bilər: Terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi və s. Qeyd olunur ki, iş adamını 20 illik həbs cəzası gözləyir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.