Yaşıl üzümün nəyə faydası var?
yasiluzumun faydalari

Yaşıl üzümün nəyə faydası var?

Üzüm ən sevilən və faydaları ilə diqqət çəkən meyvələrdən biridir. Üzümün çəyirdəyi bir çox insanı narahat etsə də, meyvənin bu hissəsinin də özünəməxsus faydaları olduğu bildirilir.

Bu dəfə yaşıl üzümün faydalarını təqdim edirik:

* Yaşıl üzüm antioksidantlar, xüsusilə C və K vitaminləri ilə zəngindir.

* Üzüm immunitet sistemini gücləndirir.

* Üzümün dəri sağlamlığını dəstəklədiyi bilinir.

* Bu meyvə tərkibindəki K vitamini ilə ürək-damar sağlamlığına müsbət təsir edə bilər.

* Yaşıl üzüm damar sağlamlığını və qan dövranını yaxşılaşdırır.

* Üzümü çəyirdəkli yemək daha faydalı ola bilər. Bunun üçün üzümləri tumları ilə birlikdə çeynəmək məsləhət görülür./medicina.az