ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının yaranmasına qırılan elektrik naqilinin səbəb ola biləcəyi ehtimal edilir.
“Bloomberg” agentliyinin məlumatına əsasən, yanğınlarla bağlı aparılan araşdırma çərçivəsində “Eagle Rock Sylmar” elektrik ötürücü xəttinə qoşulmuş bir qüllədə zədələnmiş məftil aşkarlanıb. Həmin qüllə “Edison International” şirkətinə məxsusdur.
Hazırda mütəxəssislər naqilin yanğınlar başlamazdan əvvəl, yoxsa yanğınlardan sonra zədələndiyini müəyyən etməyə çalışır.
Qeyd edək ki, yanvarın 8-dən Los-Ancelesdə baş verən meşə yanğınlarında ölənlərin sayı 16 nəfərə çatıb.