Bidzina İvanişvili sərvətini 400 milyon dollar artırıb
Gürcüstanlı iş adamı, “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin var-dövləti 7 milyard dolları ötüb. “Report” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Georgia” yayıb. Bildirilib ki, “Bloomberg”in milyaderlər indeksinə əsasən, 2024-cü ilin əvvəlindən o, sərvətini 400 milyon dollar artırıb. Məlumata görə, B.İvanişvili bu göstərici ilə dünya üzrə varlılar siyahısında 393-cü yerdədir.